İsrail buldozerləri Suriya torpaqlarına girdi

İsrail buldozerləri Suriya torpaqlarına girdi

Yaxın Şərqdə yeni proseslərin işartısı olan bir sıra hadisələr cərəyan edir. SİA Anadolu Agentliyinə istinadən xəbər verir ki, İsrail Suriya ilə sərhəddə yerləşən Qolan təpələrindəki cəbhə xəttində buldozerlərlə xəndək qazdırır. Anadolu Agentliyinin məlumatında deyilir ki, 2 buldozer 300 metrə qədər Suriya torpaqlarına daxil olub. Bildirilib ki, həmin buldozerlər 3 kilometr uzunluğunda Kuneytra və Bireyka bölgələri arasında xəndək qazıb. İddiaya görə, İsrail bununla atəşkəs xəttini mərkəzdən daha da uzaqlaşdırmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə