Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, NATO sammitindən qayıdarkən, təyyarədə jurnalistlərlə söhbət edib. SİA "Milliyet"-ə istinadən xəbər verir ki, Türkiyə lideri bir neçə gün bundan əvvəl öldürüldüyü iddia edilən PKK-nın "Bahoz Erdal" ləqəbli terrorçu barədə danışıb. Ərdoğan, təhlükəsizlik qüvvələrinin bu terrorçunun 14 nəfər heyətlə birlikdə Suriyada öldürüldüyü barədə ona məlumat verdiyini, ancaq konkret dəqiqləşmənin hələ olmadığını bəyan edib. Onun bildirdiyinə görə, yaxın günlərdə bu məsələ barəsində hər şey dəqiqləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB