Fransada yenə aləm bir-birinə qarısdı, həbs olunanlar var

Fransada yenə aləm bir-birinə qarısdı, həbs olunanlar var

Fransanın paytaxtı Parisdə polis qüvvələri Eyfel qülləsinin altında zorakılıq edən gənclərə müdaxilə ediblər. ANS PRESS-in məlumatına görə, hadisə Avropa çempionatının final matçına baxmaq üçün toplaşan azarkeş kütləsinin 100 metrliyində baş verib.

Azarkeş zonası adlandırılan yerdə matçları canlı izləmək üçün irihəcmli monitorlar yerləşdirilib. Zorakı gənclər Eyfel qülləsinin altında zibil qalağını yandırıblar. Eyfel qülləsi Fransanın əsas turizm mərkəzlərindən biridir. Təhlükəsizlik qüvvələri alova müdaxilə etmək üçün zorakı gəncləri gözyaşardıcı qazla bölgədən uzaqlaşdırmağa çalışıblar. Son məlumatlara görə, qarşıdurmalar nəticəsində 40-dək azarkeş polis əməkdaşları tərəfindən saxlanılıb. Asayiş keşikçiləri qarşıdurma zamanı azarkeşlərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Oyundan əvvəl Eyfel qülləsi ətrafında başlayan toqquşmalar şəhərin mərkəzi küçələrində davam edib. İnsident zamanı bir neçə avtomobil yandırılıb. İğtişaşlar həmçinin "Stad de Frans" stadionunun fan-zonasında və ətrafında da baş verib.

Avropa çempionatından əvvəl də Fransanın paytaxtı Parisdə etiraz aksiyaları keçirilib. Parlamentin yeni iş qanununu qəbul etməsindən sonra xalq küçələrə çıxıb. Qərardan hiddətlənən işçilər dükanlara, maşınlara od vurub, yollarda barrikadalar qurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə