PKK Türkiyədən sonra indi də İranda terrora başlayıb. Belə ki, İranda Kirmanşah əyalətində millət vəkili Həşmətullah Fəlahətpişənin avtomobilinə silahlı hücum olub. Hücum nəticəsində millət vəkili yaralanıb, sürücü isə həyatını itirib. Kirmanşah əyalətinin polis rəisi Bəhram Fazlızad millət vəkilinin yerli rəsmilərlə birgə regiona səfəri zamanı naməlum şəxslər tərəfindən atəş açıldığını bildirib. Kirmanşah millət vəkili Əhməd Səfəri təcavüzkarların PKK-nın İran qolu olan PJAKA üzvləri olduqlarını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB