Bin Ladenin oğlu Amerikanı hədələyib...

Bin Ladenin oğlu Amerikanı hədələyib...

"Əl-Qaidə"nin rəhəri olmuş Usama bin Ladenin oğlu Həmzə, ABŞ-dan atasının öldürülməsinə görə qisas alacağını bildirib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Belə ki, sosial şəbəkədə yayılan videoda o, hökumətin verdiyi qərara bütün amerikalıların məsuliyyət daşıdığını bildirib. "Əl-Qaidə"nin üzvü olan Həmzə bin Laden bildirib ki, müsəlmanları sıxışdırdıqlarına görə ABŞ-a qarşı mübarizəni davam etdirəcək. Usama bin Laden 2011-ci ildə ABŞ-ın keçirdiyi xüsusi əməliyyat nəticəsində Pakistanda öldürülüb. Onun 25 yaşlı oğlu Həmzənin yeri indiyədək məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə