“Napaleon və Hitlerə görə almanlarla fransızlara nifrət edirəm”

“Napaleon və Hitlerə görə almanlarla fransızlara nifrət edirəm”

Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenidən maraqlı bəyanatı ilə gündəmə gəlib. SİA xəbər verir ki, qalmaqallı siyasətçi, futbol üzrə Avropa çempionatının final mərhələsində Portuqaliya millisinə azarkeşlik edəcəyini, fransız və almanlara isə, nifrət etdiyini dilə gətirib:

"Fransa və Almaniya arasında keçirilən oyuna baxırdım. Mən hər iki millətə nifrət edirəm. Biri Napaleon, digəri Hitlerə görə. Onlar bizim ölkəmizi yandırdılar. Biz Almaniyanı bombalamır, Parisi yandırmırdıq. Ancaq onlar bizi qarət etdilər. Portuqallar isə daha zərərsizdirlər. Portuqaliya tək Avropa ölkəsidir ki, bizimlə müharibə etmək istəmirdi. Fransızlarla görüşdə Portuqaliyaya azarkeşlik edəcəm", - Jirinovski qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə