Baş nazir: “Rus turistlərə həsrət qalmışdıq”

Baş nazir: “Rus turistlərə həsrət qalmışdıq”

Rus turistlərin yenidən Türkiyəyə üz tutmaları, qardaş ölkə rəhbərliyini sevindirib. SİA xəbər verir ki, Türkiyə Baş naziri Binəli Yıldırım ilk rus turist karvanının Antalyaya gəlməsinə münasibət bildirib. Baş nazir, "Rus turistlərə həsrət qalmışdıq. 5-6 ay onları görmədik. Təbii ki, Türkiyəyə gələrlər" deməklə fikrini ifadə edib.

Qeyd edək ki, dünən "Rossiya Airlines"ın Moskva-Antalya səfərini reallaşdıran FV 5859 səfər saylı B737-800 sərnişin təyyarəsi 189 sərnişinlə Antalya Hava Limanına enib. Hava Limanı rəhbərliyi rusları gül-çiçəklə qarşılamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə