Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dayısı Saim Mutlu, İzmirdə müalicə olunduğu xəstəxanadan İstanbula gətirilib. SİA Türkiyənin nüfuzlu "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Prezidentin dayısının səhhətinin birdən-birə pisləşməsindən sonra, İzmirdəki həkimlər xəstənin müalicəsinin İstanbulda davam etdirilməsinə qərar veriblər. Türkiyə mətbuatı yazır ki, xüsusi tibbi helikopterlə İstanbula gətirilən S.Mutlu özəl xəstəxanalardan birinə yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB