Türkiyədə PKK terroru 2 ölü, 10 yaralı

Türkiyədə PKK terroru 2 ölü, 10 yaralı

Türkiyənin cənub-şərqində PKK silahlılarının hərbi hissəyə hücumu nəticəsində ən azı 2 nəfər həlak olub, 10 nəfər yaralanıb. Anadolu informasiya agentliyi xəbər verir ki, hadisə iyulun 9-da günorta saatlarında Suriya ilə sərhəd yaxınlığında yerləşən Mardin əyalətində baş verib. PKK terrorçuları hərbi obyektin mühafizə postu yaxınlığında bomba ilə yüklənmiş avtomobili partladıb və ardından əsgərləri atəşə tutub.

Hadisə nəticəsində 1 əsgər və 1 mülki şəxs həlak olub, aralarında dinc sakinlər də olmaqla 10 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə