2003-2009-cu illərdə Böyük Britaniyanın İraq müharibəsində iştirakını araşdıran Çilkot hesabatında İngiltərənin sabiq baş naziri Toni Blerin ABŞ prezidenti olmuş Corc Buşa ünvanladığı məktubların mətni açıqlanıb. BBC xəbər verir ki, yazışmalar 2001-2007-ci illəri əhatə edir. Blerlə Buş arasında ilk yazışma 2001-ci ilin 11 oktyabrına təsadüf edir. Əkiz qüllələrin dağıdılmasından cəmi bir ay sonra baş verən hadisə zamanı Bler İraqın keçmiş lideri Səddam Hüseynin devrilməsindən danışır:
"Səddamı məğlub etməliyik. Buna heç bir şübhəm yoxdur. Ancaq İraqı indi vursaq, Ərəb dünyasını, Rusiyanı, böyük ehtimalla Avropa Birliyinin yarısını itirərik və qorxuram ki, bunların hamısı Pakistana təsir etsin. Bununla bərabər, yaxın gələcəkdə Səddam üçün yeni strategiya yaradacağımıza əminəm.
Tony Blerdən Corc Buşa. 11 oktyabr, 2001-ci il".
"Rejimin dəyişikliyinə yaxşı bir ad verməliyik"
"Əfqanıstanda savaşı necə bitirdiyimiz 2-ci mərhələ üçün əhəmiyyətli olacaq. Buranı insani yardım çatdırılmış, xalqa yeni bir ümid verilmiş, daha yaxşı bir ölkə olaraq tərk etsək, yalnız hərbi olaraq deyil, mənəvi olaraq da qazanmış olacağıq. Rejim dəyişikliyinə yaxşı bir ad verməliyik. Bu, bizim İraqla bağlı çıxışlarımıza yardım edəcək. Bu səbəbdən mənə görə, siyasət və diplomatiya hər zaman hərbi plana təsir etməlidir.
Toni Blerdən Corc Buşa. 4 dekabr, 2001-ci il".
"Nə olursa olsun, səninləyəm"
"Nə olursa olsun, səninlə olacağam. Səddamdan qurtulmaq doğru addımdır. O, potensial bir təhdiddir. Müəyyən çərçivəyə salmaq olardı. Ancaq saxlamaq Əl Qaidədə gördüyümüz kimi hər zaman risklidir. Onun rejimi Şimali Koreya istisna olmaqla dünyada ən vəhşi və qeyri-insani rejimdir.
Birinci sual budur: Onu devirmək üçün koalisiya yaratmaq lazımdır. ABŞ bunu yalnız və yalnız İngiltərənin dəstəyi ilə edə bilər. Təhlükə hər zaman bu cür şeylərdə olduğu kimi istənməyən nəticələrdir.
Hərbi olaraq işlərimizin çətin getdiyini fərz edək. Təsəvvür edək ki, gözlənildiyindən daha çox iraqlı həlak olub. Səddamın siyasi olaraq kifayət qədər güclü olduğunu fərz edək. Şərti mənada hərbi olaraq zəifdirsə, kütləvi qırğın silahlarından istifadə edəcək. Və gerçək iraqlıların Səddamın xüsusi mühafizəsi olmasına yox, müqavimət göstərməyə qərar verdiklərini fərz edək.
Əgər sürətli şəkildə qalib gəlsək, hər kəs bizim dostumuz olacaq. Əgər bunu edə bilməsəniz, qarşılıqlı ittihamlar çox tez başlayacaq.
"Ən yaxşı müttəfiqimiz Rusiya ola bilər"
"Mənim fikrimcə, nə almanlar, nə fransızlar, çox böyük ehtimalla nə də italyanlar və ispanlar xüsusi BMT qərarı olmadan bizi dəstəkləyəcək. Təbii ki, ABŞ-dakı ictimai fikir buradakı, ya da ərəb dünyasındakı fikirlə eyni deyil. Britaniyada hazırda parlamentin, hökumətin dəstək verəcəyindən əmin deyiləm. Qəribə bir şəkildə bu anda ən yaxşı müttəfiqimizin Rusiya olduğunu düşünürəm.
Bir daha mənə ABŞ-ın bunun gərəksiz olduğunu düşündüyü deyildi. Ancaq iddiamıza səbəb göstərməyə ehtiyacımız var. Əgər bütün kütləvi qırğın silahları ilə bağlı dəlilləri yekunlaşdırsaq, buna Əl Qaidəni də əlavə etsək, bu, çox inandırıcı olacaq. Üstəlik, rejimin iyrənc təbiətini də…".
"Məsələ nə zaman deyil, necə olacağıdır"
"Bunları toplamağa çalışmaqdan xoşbəxt olaram. Ancaq bu, böyük bir zaman və enerji öhdəliyi tələb edir. Yazdan sonra hərəkətə keçə bilərik. Hücum tarixi gələn il (2003) yanvar və ya fevral ola bilər. Ancaq əsas məsələ nə zaman olacağı deyil, necə olacağıdır.
Toni Blerdən Corc Buşa. 28 iyul, 2002-ci il".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB