Böyük Britaniya Xarici İşlər naziri Filip Hammond maraqlı Ukrayna açıqlaması ilə çıxış edib. SİA xəbər verir ki, britaniyalı nazir jurnalistlərlə söhbətində bildirib ki, onun ölkəsi gələn ilin yazına qədər 4 min ukraynalı hərbçini hazırlayacaq.
Onun sözlərinə görə, London bu proqramı Ukrayna ordusunun NATO standartlarına daha çox cavab verməsi üçün maliyyələşdirir. Qeyd edək ki, bu ilin martında Ukrayna və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlıqla bağlı razılaşma imzalayıb. Razılaşmanın müddəti 15 ildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB