ABŞ-ın Dallas şəhərində keçirilən etiraz aksiyaları zamanı polisə atəş açanlardan üçüncüsü də əməliyyat zamanı ələ keçirilib. SİA-nın Sky News-a istinadən verdiyi məlumata görə, iki kişi və bir qadın tutulub. Tutulanlardan ikisi hadisə yerindən bir az aralıda ələ keçiblər. Terrorçulardan biri polislərə deyib ki, şəhərin müxtəlif yerlərinə bomba qoyulub.
Qeyd edək ki, Luiziana ştatının Baton-Ruj şəhərində iki polis bir qaradərilini öldürüb. Minnesota ştatında isə polis zabiti qaradərilinin maşınını yoxlamaq üçün saxlayıb və bundan sonra onu güllələyib.
Bundan sonra başlayan etiraz aksiyasında silahlı qarşıdurma yaranıb. Nəticədə 4 polis güllə yarasından ölüb, yeddisi isə yaralanıb.
Dallasda vəziyyət o qədər gərginləşib ki, şəhər üzərindən təyyarə uçuşları qadağan edilib.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB