Bağdad terrorunda ölənlərin sayı 292 nəfərə çatıb

Bağdad terrorunda ölənlərin sayı 292 nəfərə çatıb

İyulun 3-də İraqın paytaxtı Bağdad şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı artmaqdadır. "Lefigaro.fr" saytı xəbər verir ki, partlayışlar nəticəsində həlak olanların sayı 292 nəfərə çatıb.

İraqın Səhiyyə Nazirliyinin məlumatına əsasən ölənlərdən 177 nəfərinin şəxsiyyəti təsdiqlənib, onlardan 115-nin cəsədi artıq ailələrinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə