İraqlı Həsən Caburi: “Buş və Bleyeri öz əllərimlə öldürərdim”

İraqlı Həsən Caburi: “Buş və Bleyeri öz əllərimlə öldürərdim”

İraqın işğalı ərəfəsində devrilmiş lider Səddam Hüseynin heykəlini dağıdan Kadim Şərif Həsən Caburi adlı iraqlı bu addımına görə peşman olduğunu açıqlayıb. BBC-ə danışan Caburi ABŞ-ın sabiq prezidenti Corc Buşu tənqid edib: "Əlimdə olsaydı heykəli yenidən ucaldardım. Amma öldürülməkdən qorxuram. Səddam Hüseyndən sonra İraqda vəziyyət daha da pisləşdi. Buş və Bler (İngiltərənin keçmiş baş naziri – red) yalançıdır. Onları öz əllərimlə öldürərdim".

Bütün xəbərlər Facebook səhifəmizdə