35 il həbs cəzası alan keçmiş hərbçi özünü asmaq istədi

35 il həbs cəzası alan keçmiş hərbçi özünü asmaq istədi

ABŞ ordusuna aid gizli sənədləri Vikiliks saytına ötürməkdə ittiham olunan və 35 il həbs cəzasına məhkum edilən keçmiş hərbçi Çelsi Manninq intihara cəhd edib.

Belə ki, hərbi həbsxanada saxlanılan 28 yaşlı Manninq qaldığı kamerada özünü asmaq istəyib.

Lakin həbsxana nəzarətçiləri keçmiş zabitə vaxtında müdaxilə edə biliblər. Xəstəxanaya aparılan Manninq müalicədən sonra geri göndərilib. Hazırda məhkum 24 saat müşahidə altında saxlanılır.

Qeyd edək ki, həbs edildikdən sonra cinsini dəyişərək qadın olan və keçmiş adı Bredli yerinə Çelsi adını seçən Manninq məhkəmə zamanı qaldığı həbsxanada ona insanlığa zidd işgəncələr verildiyini və təhqir olunduğunu və buna görə də intihar edəcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə