ABŞ tarixində ilk qadın prezident Hillari Klinton

Obama seçimini etdi
ABŞ tarixində ilk qadın prezident Hillari Klinton

Barak Obama noyabrın 8-də keçirələcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi, keçmiş dövlət katibi Hillari Klintonun yanında olduğunu və onu dəstəklədiyini deyib. Obama, dünən Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən seçkiqabağı mitinqində çıxışı zamanı Klinton üçün seçicilərdən səs istəyib. Klintonun nə qədər ağıllı və hadisələrə necə hazırlıqlı olduğunu vurğulayan Obama, onun Amerikanın növbəti prezidenti olmağını istədiyini deyib.

Maraqlıdır, bir vaxtlar ABŞ prezidentliyi uğrunda rəqib olan şəxslər indi bir-birinə dəstək olur. Obamanın Klintonu dəstəkləməkdə məqsədi nədir? Siyasi şərhçi Arzu Nağıyev bildirib ki, Obama hakimiyyətdən gedəndən sonra özünü sığortalamaq üçün belə bir addım atır: "Hillari Klinton, Kerridən əvvəl işlədiyi müddətdə də bir sıra məsələlərdə öz dəsti xətti olan dövlət katibi olub, Obama ilə birlikdə bir sıra məsələnin həllində birgə iştirak ediblər. "Əl-Qaidə", Üsamə Bin Ladenə qarşı olan mübarizə bunlara nümunədir. Obama da çıxışı zamanı vurğuladı ki, indiyə kimi kişi və qadın dövlət katibləri arasında Klinton qədər güclüsü olmayıb. O, çıxışında Klintonu dəstəklədiyini bir daha sübut etdi. Yəqin ki, Obama prezidentlikdən gedəndən sonra mövcud siyasi kursu Klintonun davam etdirməsini istəyir.

Düşünürəm ki, Obamanın bu addımı Trampa qarşı atılıb. Tramp prezident seçilərsə, hərbiçilərin ayağa qalxması məsələsi gündəmdədir. Məlumdur ki, hərbi və miqrant problemi ABŞ-da çox incə məsələdir. Tramp da seçki kompaniyasında həm müsəlman, həm miqrant, həm də hərbi məsələlərə dolayı olaraq toxunur. Düşünürəm ki, buna görə Obama Klintona daha çox önəm verir".

Bütün xəbərlər Facebook səhifəmizdə