"İraq münaqişəsi sülh yolu ilə həllini tapa bilərdi. Hərbi müdaxilə son seçim variantı deyildi". Bu ifadələr Böyük Britaniyanın istintaq komitəsinin sədri Con Çilkotun hazırladığı hesabatda əksini tapıb. 2001-2009-cü illəri əhatə edən sənəddə Britaniyanın İraq əleyhinə apardığı kampaniya və bu ölkəyə qarşı hərbi müdaxiləsi araşdırılıb. 2 milyon 600 sözdən ibarət hesabatda qeyd olunur ki, Krallıq ordusu İraqa BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan daxil olub.
Sənəddə qeyd olunur: "Bağdadın nüvə silahını yaratmaq üçün lazımı gücü yox idi. Buna ölkəyə qarşı tətbiq olunan sərt iqtisadi sanskiyalar mane olurdu".
Çilkotun sözlərinə görə, hərbi müdaxilə dəqiqləşdirilməyən kəşfiyyat məlumatları əsasında gerçəkləşdirilib. Həmin dövrdə baş nazir postunda olan Toni Bler isə bəyan edib ki, o, İraq böhranı ilə bağlı buraxdığı səhvlərə görə məsuliyyət daşımağa hazırdır.
Qeyd edək ki, 2003-cü ildə İraqın nüvə silahı hazırlamasının qarşısını almaq bəhanəsiylə Amerika Birləşmiş Ştatları (ABŞ) Böyük Britaniya və digər müttəfiqqlərlə birgə bu ölkəyə hücum etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB