Dövlət katibindən Gürcüstana dəstək

Kerri Marqvelaşvili ilə görüşdü
Dövlət katibindən Gürcüstana dəstək

Gürcüstanda səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerri prezident Georgi Marqvelaşvili ilə bir araya gəlib. Bağlı qapılar arxasında baş tutan görüşdən sonra amerikalı diplomat jurnalistlərə görüşün təfərrüatlarını açıqlayıb. O bildirib ki, Vaşnqton təhlükəsizlik və müdafiə sahəsində Tiflisə daha çox kömək etməyə başlayacaq. Gürcüstan ordusu isə tezliklə yeni müdafiə silahları ilə təhciz ediləcək. Həmçinin Gürcüstan silahlı qüvvələrinin bölmələri ABŞ-da hazırlıq kursu keçəcək.

Bu ayın 8-9-da NATO sammitinin keçiriləcəyi ərəfədə Rusiyanı qıcıqlandıracaq bayanatlarla çıxış edən dövlət katibi əsas diqqəti Gürcüstanın ərazi bütövlüyünə yönəldib: "Bura çox çətin və qarışıq coğrafiyada yerləşməsinə baxmayaraq, demokratik ölkədir. Mən prezident Barak Obamadan mesaj gətirmişəm. Ölkəmiz sizin Avropa dəyərlərinə və Atlantik Alyansına sadiqliyinizi yüksək qiymətləndirir. ABŞ ərazi bütövlüyü prinsiplərinə daim önəm verir və bu məsələdə Gürcüstanı dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə