ABŞ Şimali Koreya lideri Kim Çen In və daha 10 nəfər yüksək çinli məmura qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bu barədə maliyyə nazirliyinin maliyyə kəşfiyyatı və terrorla mübarizə üzrə şöbəsinin başçısı Adam Şubin məlumat verib. Qərarı şərh edən Şubin qadağaların Şimali Koreyadakı insan haqlarının pozulduğuna görə tətbiq edildiyini qeyd edib.
O bildirib ki, In və ətrafındakı 10 məmurla yanaşı daha 5 hüquq şəxs də qara siyahıya salınıb. Nazirliyin mövqeyini ortaya qoyan şöbə başçısı bildirib ki, bir çox hallarda insanların vətənə və partiyaya xəyanətdə ittiham edilərək bir başa ölümə məhkum edilməsi onlarda hiddət doğurur. Əmək qanunlarının addımbaşı pozulduğu ölkədə əməkdaşlığın mümkünsüzlüyünü qeyd edən Şubin sərt qanunların yumşaldılmasını tələb edib.
Qeyd edək ki, sanksiyalar altına düşən 10 məmurun əksəriyyəti təbliğat-təşviqata birbaşa cavabdeh olan şəxslərdir. Bir sıra analitiklər isə düşünür ki, ABŞ-ın bu addımı Şimali Koreya liderini özündən çıxarmaqdan başqa bir şey deyil. Onlar qadağaların vəziyyətə təsir etməyəcəyini düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB