Venesuelada yaşanan iqtisadi böhran hər keçən gün bir qədər də dərinləşir. Ölkədə gündəlik tələbat mallarının qıtlaşması sakinləri hər yola getməyə vadar edir. Bir qrup qadın isə qonşu Kolumbiyanı bir neçə saatlıq dırnaqarası işğal edib. Sərhəddə gələn 500-dən artıq xanım iki ölkə sərhədçilərinə belə məhəl qoymayaraq, sərhəd-keçid məntəqəsini bir göz qırpımında keçib. Baha qiymətə olsa da, sərhəddin o tayından yuyucu vasitələr, un, yağ alan xanımlar sonra geri qayıdıblar. Pulları imkan verən qədər bazarlıq edən qadınlar neytral zonada dövlət himni oxumağı da unutmayıblar.
Qeyd edək ki, Venesuelada qıtlığa səbəb neft və neft məhsullarının dünya bazarında dəyərdən düşməsi və ölkə iqtisadiyyatının 40 faiz geriləməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB