Alman polisi Türkiyəyə uçan sərnişinləri təxliyyə edib

Alman polisi  Türkiyəyə uçan  sərnişinləri təxliyyə edib

Almaniya polisi Kassel hava limanından Türkiyəyə uçan təyyarənin sərnişinlərini təxliyə etməyə məcbur olub. Buna təyyarədə bomba partlayacağı barədə xəbər səbəb olub. "RİA Novosti"nin verdiyi xəbərə görə, məlumatı Almaniyanın "Kassel-live" portalı yayıb. Yerli KİV-lər bildirib ki, anonim zəng "Turkish Airlines" aviaşirkəti ilə Kassel hava limanı arasında aparılan danışıqlar başa çatandan bir neçə saat sonra daxil olub. Danışıqların məzmunu barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə