İraqın daxili işlər naziri Məhəmməd Salam əl-Qabban paytaxtda törədilən və 200-dən çox insanın ölümünə səbəb olan partlayışla bağlı vəzifədən getmək qərarına gəlib. TASS informasiya agentliyi xəbər verir ki, Bağdadda keçirilən mətbuat konfransında istefa ərizəsini baş nazir Heydər əl-Abadiyə təqdim etdiyini deyən Qabban səlahiyyətlərini müavinlərindən birinin icra edəcəyini bildirib.
Məhəmməd Salam əl-Qabban İraqın güc strukturlarının işində müsbət nəticənin olmamasından məyusluğunu dilə gətirib. Onun sözlərinə görə, təhlükəsizlik orqanları biri-birinin işinə qarışaraq effektiv fəaliyyətə əngəl törədirlər.
Xatırladaq ki, iyulun 2-dən 3-ə keçən gecə Bağdadın mərkəzində çox sayda restoranın və ticarət mərkəzinin yerləşdiyi Əl-Karrada rayonunda iki terror hadisəsi baş verib. Son məlumata görə, insident nəticəsində 213 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Partlayışın məsuliyyətini İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB