Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında güclü partlayış baş verib. Bu barədə "Əl-Ərəbiyyə" peyk telekanalı məlumat verib.
Məlumatda bildirilir ki, terrorçu-kamikadze kompleksin ərazisinin girişində - nəzarət-buraxılış məntəqəsinin yanında partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində 4 nəfər həlak olub, 10 nəfər isəyaralanıb. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı qeyd edilir.
Bundan başqa, terror aktı zamanı hadisə yerinin yaxınlığında olan bir neçə avtomobil də yanıb.
Peyğəmbər məscidi Məkkədə müsəlmanların ikinci ən müqəddəs ibadətgahıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB