Rusiyanın Dağlıq Qarabağ münaqişəsi məsələsində bir mövqeyi var - Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək. SİA xəbər verir ki, bu barədə Yerevanda Ermənistan mətbuatına açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Biz böyük səyləri göstəririk ki, münaqişənin nizamlanmasında real irəliləyişə nail olaq", - deyə Mariya Zaxarova bildirib.Prezidentlərin növbəti görüşü barədə suala cavab verən XİN-in rəsmisi bildirib ki, münaqişə tərəfləri özləri bu məlumatı təqdim etməlidirlər.
"Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib - tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Və biz bunun üçün əlimizdən gələni edirik", - deyə Mariya Zaxarova bildirib.
Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmadı: "Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB