Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Rusiya və israil ilə münasibətləri yenidən düzəltmək üçün böyük işlərə başladıqlarının açıqlayıb. SİA Türkiyənin nüfuzli "Milliyet" qəzetinə istinadən xəbər verir ki, R.T.Ərdoğan, Ramazan bayramı ilə bağlı xalqa müraciətində, adı çəkilən hər iki ölkə ilə artıq bir sıra yaxınlaşmaların əldə olunduğunu, aradakı problemlərin isə yaxın aylar ərzində öz həllini tapacaqına ümid etdiyini bildirib. Türkiyə Prezidenti qeyd edib ki, son bir neçə gündə həm Rusiya, həm də İsrail ilə əldə olunan anlaşmalar, hər iki ölkə ilə gələcək yeni tərəfdaşlıq qurmaq üçün böyük ümidlər vəd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB