İŞİD terror təşkilatı tərəfindən Bağdadın mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 126-ya çatıb. "CNN" xəbər verir ki, ölənlərin 25-i uşaqdır. Terror hadisəsi nəticəsində 147 nəfər xəsarət alıb.
Qeyd edək ki, son günlər İŞİD-ə qarşı uğurlu hərbi əməliyyatları davam etdirən hökumət qüvvələri bir neçə yaşayış məntəqəsini azad edib. Hökumət qüvvələri Mosul ətrafında üç kəndi İŞİD terrorçularından təmizləyib. Əməliyyatlar zamanı 29 terrorçu öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB