Türkiyədə yenə xoşagəlməz olay baş verib. SİA qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Qaraman bölgəsində 3 Əfqanıstan vətəndaşı bıçaqlanıb. Küçədə öz ölkələrinin - Əfqanıstanın bayrağı ilə gəzənlərə yaxınlaşan iki şəxs "Bura Türkiyədir, burada PKK bayrağı ilə gəzə bilməzsiniz", - deyib.
Əfqanıstan vətəndaşlarının PKK-çı olduğunu zənn edən şəxslər onları bıçaqlayıb. Köməyə gələn kənd sakinləri yaralı əfqanları xəstəxanaya aparıb. Hələ ki, cinayəti törədənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB