Bağdad yenə qana boyandı-75 ölü, 130 yaralı

Bağdad yenə qana boyandı-75 ölü, 130 yaralı

İraqın paytaxtı Bağdadın mərkəzi məhəllələrindən birində avtomobilin partladılması nəticəsində azı 75 nəfər ölüb, 130 nəfər yaralanıb. "lefigaro.fr" saytı məlumat verir ki, İraq rəsmi dairələrinin məlumatına əsasən partlayış sakinlərin Ramazan ayının başa çatması münasibətilə bazarlıq etdikləri Karrada məhəlləsində törədilib. Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə