Ötən gün Türkiyənin Adana şəhərində cümə namazı zamanı yaşanan hadisənin bəzi təfərrüfatları bəlli olub. Bu barədə Türkiyə mətbuatı xəbər verib.
"Canlı bomba" olduğunu deyərək imamı girov götürmək istəyən 33 yaşlı Mahmud Kılıçarslanın əqli cəhətdən problemi olduğu iddia edilir. Kılıçarslanın İŞİD terror qruplaşmasına simpatiya bəslədiyi və üç dəfə Suriyaya getdiyi bəlli olub. Onun ailəsinin danışıqları nəticəsində Türkiyəyə geri gətirildiyi bildirilir. Hadisə zamanı onun üzərində partlayıcı olmayıb.

Məlumata görə, məsciddə olan şəxslər tərəfindən tutularaq əlləri iplə bağlanaraq polisə təslim edilən Mahmud - "Mən orucam. Mənə bir şey etməyin" deyə yalvarmağa başlayıb.

Aparılan araşdırma zamanı Kılıçarslanın Diyarbakırın Çermik Mahalı qeydiyatlı olduğu təyin edilib. Onun həmçinin ailəsi tərəfindən də itkin olaraq axtarıldığı ortaya çıxıb. Şahidlərin sözlərinə görə, qara geyimli saqqallı bir kişi "canlı bomba" olduğunu və özünü partladacağını deyib. "Belində sarı naqillər görünürdü. Sonra mikrofonu alıb dua oxudu. Vətəndaşlar qaçmağa başladılar. İzdiham zamanı əzilənlər oldu".

Lakin əhalinin müdaxiləsi ilə onu zərərsizləşdirmk mümkün olub. Namaza gələn onlarla insan tutulan gənci linç etməyə çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB