İngilislər indi də Avropa İttifaqında qalmaq üçün mitinq edirlər...

İngilislər indi də Avropa İttifaqında qalmaq üçün mitinq edirlər...

İngilislər indi də Börük Britaniyanın Avropa İttifaqından çıxmasına qarşı etiraz edirlər. SİA RİA Novosti-yə istinadən məlumat verir ki, Londonun minlərlə sakini Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına etiraz olaraq aksiya keçiriblər. 23 iyun referendumunun nəticələrinə etiraz edən 40 minə qədər insan Britaniya paytaxtının mərkəzindən parlament binasına qədər yürüş ediblər.

Oxşar aksiya Londonda bir neçə gün öncə də olub. Təhlükəsizlik tədbirləri ilə əlaqədar Trafalqar meydanındakı həmin mitinq təxirə salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə