Rusiya yenə Hələbi bombaladı

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri növbəti dəfə Suriyanın Hələb şəhərinə hava zərbələri endirib.

SİA-nın məluatına görə, Suriya müxalifətindən verilən məlumata görə, qırıcıların Əl Bab bölgəsində yerləşən bazarı bombardman etməsi nəticəsində azı 20 nəfər ölüb, onlarla insan yaralanıb. Digər tərəfdən Rusiya reaktivləri Hələbin Mərcə, Əzizə, Kestello, Huraytan, Andan, Hayan, Kafr Həmra bölgələrinə də hava zərbəsi endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə