Medvedyev rus turistləri Türkiyəyə getməyə çağırdı

Medvedyev rus turistləri Türkiyəyə getməyə çağırdı

Rusiyanın Baş naziri Dmitri Medvedyev yenidən Türkiyə ilə bağlı münasibətlərə dair açıqlama ilə çıxış edib. SİA xəbər verir ki, "Rossiya" televiziyasına verdiyi açıqlamada baş nazir hökumətin rusiyalı turistlərin Türkiyədə istirahət edə bilmələri istiqamətində iş apardığını bildirib. O qeyd edib ki Türkiyədə istirahət etməyi sevən rus turistlər bu imkanı bu mövsüm əldə etməlidir.

Medvedyev Türkiyədən Rusiya turistlərinin təhlükəsizliyinin təmin edilməsini gözlədiklərini qeyd edib və türkiyəli nümayəndələrlə hər səviyyədə müzakirələr aparmağa hazır olduqlarını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə