İstanbuldakı partlayışla əlaqədar daha 17 terrorçu saxlanılıb

İstanbuldakı partlayışla əlaqədar daha 17 terrorçu saxlanılıb

Atatürk hava limanında törədilmiş partlayışla əlaqəsi olan daha 17 terrorçu saxlanılıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb. Nüfuzli Türkiyə qəzetinin verdiyi məlumata görə, onların şəxsiyyəti barədə məlumat verilmir. Son məlumatlara görə, İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində 44 nəfər ölüb, 239 nəfər yaralanıb. İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

Bütün xəbərlər Facebook səhifəmizdə