İngiltərənin "Çelsi" futbol klubu daha üç futbolçusu ilə yollarını ayırdığını rəsmən açıqlayıb. SİA xəbər verir ki, bu barədə "Zadəğanlar"ın rəsmi saytı məlumat yayıb. Məlumata görə, bunlar Radamel Falkao, Aleşandro Pato və qapıçı Marko Ameliyadır. "Çelsi"də icarə əsasında oynayan Falkao "Monako"ya, Pato isə "Korintians"a qayıdıb. London klubu ilə müqaviləsi başa çatan Ameliya isə azad agent statusu alaraq komandadan ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB