Rusiya dövlət başçısı Vladimir Putin və Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın telefon danışığı zamanı əldə etdikləri razılaşmaya əsasən bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının Toplantısı çərçivəsində Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrov Soçidə bir araya gəliblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 24 noyabr 2015-ci il tarixində yaşanan hadisələrdən sonra bir araya gələn nazirlər görüşün iki ölkə arasında münasibətlərin normallaşmasına kömək edəcəyinə ümid etdiklərini bildiriblər.
Təşkilatın 25 illiyinin qeyd edildiyini dilə gətirən Çavuşoğlu bildirib ki, Rusiya və Türkiyə QDİƏT-in fəaliyyətində böyük rola malikdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubdan sonra onlar arasındakı telefon danışığını xatırladan qardaş ölkənin XİN rəhbəri "Bu konstruktiv və müsbət addım idi. Bizə əlaqələrimizin normallaşması və arzuolunan səviyyəyə çatdırılması istiqamətində müzakirələrin aparılması təlimatı verilib" - deyə, bildirib.
QDİƏT toplantısının iki ölkə arasında geniş görüş imkanları yaradacağını dilə gətirən Lavrov Rusiya-Türkiyə arasında əlaqələrin normallaşması üçün lazımi addımlar atılacağını qeyd edib.
Görüşdən əvvəl verilən açıqlamalar zamanı Çavuşoğlu yığıncağın iki ölkə arasında iqtisadi, ticari, enerji əlaqələrinin müzakirəsi baxımından səmərəli keçdiyini dilə gətirib: " Rusiya məhdudiyyətləri bu görüşdən öncə aradan qaldırmağa başlamışdı. Biz bu məhdudiyyətlərin aradan qaldırılmasına çalışacağıq. 7 ay müddətində ölkələr arasında soyuq münasibət olsa da biz NATO çərçivəsində Rusiyaya qarşı heç bir qərara qoşulmadıq. Yalnız bir mənfi addıma cavab verdik. Amma rus vətəndaşlarının vizasız səyahət imkanlarını ləğv etmədik. Qarşıdakı müddətdə görüşlərimiz davam edəcək. Rus dostlarımızı ölkəmizdə qarşılamaqdan məmnun olacağıq".
Rusiya XİN başçısı Sergey Lavrov isə bu fikirləri söyləyib: "Rusiya-Türkiyə arasında terrorizmə qarşı birgə mübarizə geniş əhəmiyyət daşıdığından terrorla mübarizə üzrə işçi qrupu yaradılacaq. Çavuşoğlu ilə görüşümüzdə terroristlərin Türkiyə torpaqlarından istifadəsini pislədik".
Açıqlamalardan sonra hər iki ölkənin XİN rəhbər arasında görüş baş tutub. Görüş 36 dəqiqə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB