İstanbul Atatürk Hava Limanında baş verənlərlə bağlı yeni detallar ortaya çıxıb. SİA-nın Türkiyə mətbuatın istinadən verdiyi xəbərə görə, hava limanını qana bulayan "İlanın başı" kimi dəyərləndirilən şəxsin çeçen terrorist Əhməd Çatayev olduğu bildirilir. Onun Sultanəhmət və Taksimdəki hücumların təşkilatçısı olduğu iddia edilir. Çeçen əsilli Əhməd Çatayevin İŞİD-in İstanbuldakı məsul əməkdaşı olduğu da bildirilir.
İddialara görə, hücumu təşkil edən 5 nəfərdən ibarət terror qrupu may ayında Türkiyəyə Suriyada İŞİD-in qalası olan Rakkadan giriş ediblər. İŞİD-in xüsusi hissələrində təhsil alan 3 canlı bomba İstanbulda Pendik və Bahçeşehirdə qalıb. Yaşadıqları evdə hücum planı hazırlayan terroristlər hadisə günü xüsusi hazırlanan silahları alaraq yola çıxıblar. 3 canlı bombanı İstanbulda gizlədən və ardınca hücum planını hazırlayan təşkilatçının olduğu da sübut edilib. Təşkilatın İstanbul üzrə məsul şəxsi "İlanın başı" adlandırılıb. Təşkilatçı həmçinin Taksim və Sultanəhmətdəki 2 ayrı hücumların da təşkilatçısı olub.
Ötən gün İstanbul polisi İŞİD terror təşkilatına qarşı Pentik, Eyüp və Başakşehirdə əməliyyat həyata keçirərək təşkilatla əlaqəli olan və aralarında xaricilərin də olduğu 13 nəfəri nəzarətə götürüb. Onlardan 3 nəfərin fərari olduğu müəyyənləşdirilib. Lakin axtarışda olan "İlan başı" və hadisənin təşkilatçısı hələ ki, tapılmayıb. Əməliyyat aparılan ünvanlarda külli miqdarda rəqəmsal materiallar əldə edilib.
Qeyd edək ki, Atatürk Hava Limanında terror hadisəsini törədən çeçen əsilli Əhməd Çatayev 2000-ci ildə Rusiyada həbsdə olarkən bir qolu kəsildiyi üçün "tək qol" ləqəbi ilə tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB