Ərdoğan Putin ilə telefon danışığı barədə ilk dəfə danışdı

Ərdoğan  Putin ilə telefon danışığı barədə ilk dəfə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı barədə ilk dəfə açıqlama yayıb. SİA Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyə rəhbəri dünən axşam Prezident Sarayında keçirilən iftar yeməyindəki çıxışında bildirib ki, V.Putinlə apardığı danışıqlar səmərəli olub. Türkiyə Prezidenti qeyd edib ki, o və V.Putin, ilk növbədə turizm sektorunda əlaqələrin bərpa olunması və iqtisadi tərəfdaşlığın tezliklə yenidən vüsət alması üçün vahid fikir səsləndiriblər. O bildirib ki, G20 zirvəsində bir sıra məsələlər barədə konkret qərarlar verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə