İstanbulda 41 insanın həyatına son qoyan terror hücumu ABŞ-dan Rusiyaya, Malayziyadan Yunanıstana qədər olan bütün ölkələr tərəfindən sərt şəkildə qınanıb. SİA-nın dünya mətbuatına istinadən verdiyi məlumata görə, partlayışlardan dəhşətə gəldiklərini vurğulayan dünya liderləri Türkiyəyə başsağlığı diləyiblər.
ABŞ: İstintaq boyunca Türkiyənin xüsusi xidmət orqanları ilə yaxın təmasda olacağıq.
Rusiya: Bütün baş verənlərdən üzgünük, başsağlığı diləyirik. Unutmuruq.
Fransa: Barbarcasına törədilmiş hücum qarşısında dəhşətə gəlmiş bir vəziyyətdəyik.
Meksika isə həmrəylik nümayiş etdirmək üçün Xarici İşlər Nazirliyi binasını Türk bayrağının rənginə boyayıb.
ABŞ
Ağ Evin sözçüsü Josh Ernest: Hücum xaincəsinə və iyrənc şəkildə törədilib. ABŞ, İstanbul Atatürk Hava Limanında onlarla insanın ölümünə və yaralanmasına gətirib çıxaran hücumu mümkün olan ən güclü şəkildə qınayır.
Xarici İşlər Nazirliyi: İstintaq boyunca Türkiyənin xüsusi xidmət orqanları ilə yaxın təmasda olacağıq. Terror təhdidi ilə mübarizədə NATO müttəfiqi Türkiyə ilə həmrəyik. Təəssüf ki, bu qanlı hücum günahsız insanlara qarşı edilib. Bu cür hücumlar yalnız terror bəlasına qarşı Türkiyə ilə əməkdaşlıq etmək qərarımızı daha da gücləndirəcək. Qurbanların yaxınlarına baş sağlığı, yaralılara şəfalar diləyirik.
Hillari Klinton: Terrorçular NATO-dakı müttəfiqimizi ürəyindən vurdu. Bütün amerikalılar nifrət və şiddətə qarşı Türkiyə xalqının yanındadırlar.
Donald Tramp: Bütün dünya hadisədən dəhşətə gəldi. Terror təhdidi bu qədər böyük olmamışdı. Düşmənlərimiz mərhəmətsiz və öz iradələrinə boyun əyməyən hər kəsi öldürmək üçün əllərindən gələni edir.
AZƏRBAYCAN
Prezident İlham Əliyev: İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı. Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
RUSİYA
Rusiya Dövlət Duması Beynəlxalq Komitəsinin sədri Aleksey Puşkov: Bütün dünyadakı terror qurbanları günahsız insanlardır. Rusiyadan İstanbul, Brüssel və Parisi anlayırıq. Başsağlığı diləyirik. Unutmuruq.
İNGİLTƏRƏ
Xarici işlər naziri Philip Hammond: İstanbuldakı hücumlardan dəhşətə düşdüm. Düşüncələrim partlamada həyatını itirən və yaralılara kömək etməyə hazırıq.
MEKSİKA
Meksika isə reaksiyasını ən fərqli göstərən ölkə oldu. Paytaxtdakı Xarici İşlər Nazirliyi binası Türkiyə bayrağının rənglərinə büründü.
ALMANİYA
Baş nazir Angela Merkel: "Bu axşamkı hücumu kimin və hansı məqsədlə etdiyini hələ bilmirik. Fərziyyə etmək də istəmirəm. Həyatını itirənlərin ailələrinə səbr diləyirəm, dərin hüznlə başsağlığı verirəm. Buradan bütün Türk xalqına terrora qarşı birlik olduğumuzu və bir-birimizə dəstək olacağımızı ifadə etmək istəyirəm. Avropa Birliyi ölkələrinin hökumət başçıları terrorun yeni hiyləgər hərəkətindən dəhşətə gəlib. Bütün Türk xalqına terrorla mübarizədə onlarla bir yerdə olduğumuzu və bir-birimizi dəstəkləyəcəyimizi çatdırmaq istəyirəm".
Xarici işlər naziri Frank Valter Steinmeier: İstanbuldan gələn xəbərlə şok oldum. Türkiyədəki insanlarla birlikdəyik.
FRANSA
Prezidenti Fransua Holland: Bu mənfur hücumu şiddətlə qınayıram. Türkiyədə ard-arda təşkil edilən hücumlar ölkədəki vəziyyəti daha da çətinləşdirir.
Baş nazir Manuel Valls: İstanbul Hava Limanına təşkil edilən barbarca hücum qarşısında dəhşətə düşmüş bir vəziyyətdəyəm. Fransa terrora qarşı Türklərlə birlikdədir.
İTALİYA
Baş nazir Matteo Renzi: Ürəyimiz İstanbuldadır. Türk xalqının acısını paylaşırıq. Hər yerdə terrorizmə qarşıyıq . Türk xalqı və hökumətinə başsağlığımızı bildirirəm. Bu cür hadisələr bir daha göstərir ki, beynəlxalq terrorizm təhdidinə qarşı bir olmalıyıq, onlara qarşı mübarizəmiz ardıcıl və güclü olmalıdır. İtaliya xalqı və hökuməti adından Türklərə başsağlığı verirəm.
NATO
Baş katib Jens Stoltenberg: İstanbul Atatürk Hava Limanındaki hücumu qınayıram. Qəlbim qurbanların ailələri, yaralananlar və Türk xalqı ilə birlikdədir.
AVROPA BİRLİYİ
AB Şurasının sədri Donald Tusk: Hər şeydən əvvəl bu gün İstanbul Atatürk Hava Limanındaki hücumda həyatını itirənlərin ailələrinə başsağlığı diləmək istəyirəm. Belə zamanlarda bir yerdə olmalıyıq.
İndoneziya
Xarici İşlər Nazirliyi: Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında təşkil edilən hücumu qınayır, qurbanların ailələrinə səbr diləyirik.
BELÇİKA
Baş nazir Charles Michel: Bu çirkin terror aktını qınayırıq.
AVSTRALİYA
Xarici işlər naziri Julie Bishop: Hücumu qınayırıq. Türkiyə xalqına başsağlığı diləyirəm.
SƏUDİYYƏ ƏRƏBİSTAN
Kral Səlman bin Əbdüləziz: Vətəndaşların həyatlarını itirdiyi Atatürk Hava Limanındaki terror hücumu xəbərini dərin kədər və hüzn içində qarşıladıq. Terror hücumunu şiddətlə qınadığımızı və qəbul edilə bilməz olduğunu ifadə edərək, bu hücumlar səbəbiylə acılarınızı paylaşdığımızı, sizə, həyatını itirənlərin ailələrinə və Türk xalqına Səudiyyə Ərəbistanı dövləti və xalqı adından başsağlığımı çatdırıram.
KANADA
Xarici işlər naziri Stephane Dion: Kanada hökuməti adından, qurbanların ailələrinə və yaxınlarına ürəkdən başsağlığı diləyirəm. Terror hücumlarına qarşı daim mübarizə aparan Türkiyə və Türk xalqının yanındayıq.
YUNANISTAN
Xarici İşlər Nazirliyi: İstanbuldakı terror hücumundan dəhşətə gəldik. Terrora qarşı mübarizədə qonşularımızı və dostlarımızı dəstəkləyirik.
İRAN
Xarici işlər naziri Məhəmməd Cavad Zərif: Dost və qonşumuz olan ölkənin hava limanında terror çirkin üzünü bir daha ortaya qoydu. Terror dünyanı təhdid edən bir hadisədir. Həmişə birlikdə onunla mübarizə etməliyik.
Birləşmiş Millətlər
Baş katib Ban Ki-Mun: Hücumu qınayırıq, qurbanların yaxınlarına, Türk xalqına və hökumətinə başsağlığı diləyirik.
MISIR
Xarici İşlər Nazirliyi: Misir İstanbulda Atatürk hava limanını hədəf alan hücumu ən sərt ifadələrlə qınayır, Türk xalqına və hücumda həyatını itirənlərin ailələrinə başsağlığı diləyir, yaralılara təcili şəfa tapmalarını arzu edirik.
PAKİSTAN
Xarici İşlər Nazirliyi: Şiddətlə qınayırıq, başsağlığı diləyirik.
GÜRCÜSTAN
Prezidenti Margvelaşvili: Can itkinlərinə səbəb olan dəhşətli terror hücumundan kədərlənirik. Bu çətin anlarda həyatını itirənlərin ailələrinə başsağlığı verir, Türk hökumətini və Türk xalqını terrorla mübarizədə dəstəkləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB