Qazaxıstan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib

Qazaxıstan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib
Qazaxıstan (138 səslə) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. SİA "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, BMT TŞ-ə qeyri-daimi üzvlük uğrunda Qazaxıstan Asiya-Sakit okean qrupunda Tailandla mübarizə aparıb. Səsvermənin ikinci raundunda Qazaxıstan rəqibini üstələyib. Qeyd edək ki, səsvermənin birinci raundunda Boliviya (Latın Amerikası ölkələri qrupu), İsveç (Qərbi Avropa ölkələri qrupu) və Efiopiya (Afrika ölkələri qrupu) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə