Medvedyevin müavinindən Türkiyə açıqlaması

Medvedyevin müavinindən Türkiyə açıqlaması

Rusiya Baş nazirinin müavini Dmitri Kozak, türk-rus münasibətləri ilə bağlı kifayət qədər yenilik sayıa biləcək açıqlama ilə çıxış edib. SİA Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Rusiya hökümət sədrinin müavini, iki ölkə arasında son bir neçə ay ərzində yaranan gərginliyin artıq aradan qalxa biləcəyi və əsasən də iqtisadi sahədə yeniliklərin ola biləcəyi barədə açıqlama ilə çıxış edib. Rusiyalı jurnalistlərin "Artıq Rusiyadakı türk şirkətlərinə əvvəlki qaydada işləməyə, rus turistlərin Türkiyəyə getmələrinə icazə verilə bilərmi?" sualına D. Kozak bildirib ki, bütün bu məsələlər yaxın günlərdə öz həllini tapa bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə