Mövlud Çavuşoğlu Sergey Lavrovla nə vaxt görüşəcək?

Mövlud Çavuşoğlu Sergey Lavrovla nə vaxt görüşəcək?
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. SİA xəbər verir ki, bu barədə "Reuters" Türkiyə prezidentinin nümayəndəsinə istinadən xəbər yayıb. Bundan əvvəl Mövlud Çavuşoğlunun Rusiyanın iyulun 1-də Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) XİN rəhbərləri Şurasının toplantısında iştirak edəcəyi barədə məlumat yayılmışdı. Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Sergey Lavrovun QDİƏT tədbiri çərçivəsində türkiyəli həmkarı ilə görüşünün mümkünlüyü nəzərdən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə