Efiopiyanın Harar şəhərindən 20 kilometr uzaqlıqdakı Erar düşərgəsində yaşayan somalili qaçqınlar su çatışmazlığı ucbatından böyük çətinlik yaşayırlar. Anadolu Agentliyi məlumat verir ki, somalili qaçqınlar hər gün yaşadıqları düşərgələrindən kilometrlərlə yol qət edərək Harar şəhəri yaxınlığındakı su quyularına gəlirlər. Mühacirlər, quyulardan çəkilən suları bidonlara doldurub məskunlaşdıqları düşərgələrə daşıyırlar.
Su üçün gündə təxminən 20 kilometr yol qət edən qaçqınlar, bu problemlərinin həll edilməsini gözləyirlər. Düşərgədə uzun müddətdir yaşayan 45 yaşındakı Fatma Əhməd Anadolu Agentliyinin müxbiri ilə söhbətində deyib ki, su üçün saatlarla yol getməkdən başqa çarələri yoxdur: " Su olmadığı üçün düşərgədə zaman-zaman epidemiya xəstəlikləri yaşanır".
Düşərgədə 4 min adamın yaşadığını açıqlayan F.Əhməd, "Hər səhər gənc-yaşlı demədən yollarda oluruq. Uzunqulaqları olan ailələr şanslıdır, onlar təxminən 2 saat yol getdikdən sonra quyudan çəkilən suları heyvanların köməyi ilə düşərgəyə gətirirlər. Digər ailələr isə əllərində daşımaq məcburiyyətində qalır",-deyib. "Su hər kəs kimi bizim üçün də çox əhəmiyyətli",-deyən F. Əhməd əlavə edib ki, düşərgədə minə yaxın uşaq var: "Buradan su problemimizin həll edilməsi üçün xeyriyyəçilərə səslənirəm-bizi su problemindən xilas edin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB