Polşa və Avstriya suyun altında qalıb

Yollar və evləri su basıb, dam və elektrik xətləri zədələnib
Polşa və Avstriya suyun altında qalıb

Güclü leysan yağışları Polşanın mərkəzi və şərq rayonlarına ciddi ziyan vurub. Yollar və evləri su basıb, dam və elektrik xətləri zədələnib. Bu barədə "Euronews" agentliyi yazıb.

Oxşar vəziyyət Avstriyanın cənubunda da yaşanıb. Belə ki, güclü leysan və dolu ölkədə elektrik enerjisinin verilməsində ciddi fasilələr yaradıb. Küçələr su altında qalıb. Paytaxt Vyanada yanğınsöndürmə xidməti yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə