Britaniya təkrar referenduma gedəcəkmi?

Britaniya təkrar referenduma gedəcəkmi?

Böyük Britaniyada ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı təkrar referendumun keçirilməsi tələb olunur. Buna görə başlanan petisiyanı 2 milyondan çox insan imzalayıb. Petisiya Britaniya parlamentinin saytında dərc edilib. Petisiyanın baxılması üçün 100 min imza toplaması gərək olmasına baxmayaraq, sənədi 2,3 mln. insan imzalayıb.

Petisiyaya iyunun 28-də parlament komitəsində baxılması gözlənilir.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə