Təbii fəlakət ABŞ-ı viran qoyub

26 nəfər ölüb, 100 ev dağılıb
Təbii fəlakət ABŞ-ı viran qoyub

ABŞ-ın Qərbi Virciniya ştatında baş verən daşqınlar 26 nəfərin ölümünə səbəb olub. Təbii fəlakət zamanı 100-dək ev uçub, həmçinin yollara və infrastruktura ciddi ziyan dəyib. Fəlakət nəticəsindən on minlərlə ev işıqsız qalıb.

Ştatın 44 dairəsində fövqəladə vəziyyət elan edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə