Britaniyadan sonra NATO-nun önəmi artacaq

Britaniyadan sonra NATO-nun önəmi artacaq

Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra NATO-nun əhəmiyyəti artacaq. Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.

Qeyd edək ki, dünən Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı referendum keçirilib. Referendumun ilkin nəticələrinə əsasən, ölkə əhalisinin 52%-i Avropa Birliyindən ayrılmanın lehinə səs verib.

Britaniyanın bu qərarı ölkənin və Avropanın fond bazarlarına mənfi təsir edib. Funt sterlinq öz dəyərini 10% itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə