Britaniyada baş nazir kim olacaq?

Ən real namizəd
Britaniyada baş nazir kim olacaq?

Londonun sabiq meri Boris Conson Britaniyanın yeni baş naziri olacaq. Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı keçirilən referendumdan sonra açıqlama verən baş nazir Devid Kemeron istefa verəcəyini bildirib.

Britaniyanın məşhur "Ladbrokes" araşdırma qrupu baş nazir postuna ən real namizədin adını açıqlayıb. Qrupun fikrincə, Londonun sabiq meri Boris Conson Britaniyanın yeni baş naziri olacaq.

Qeyd edək ki, referendumda 52 faiz səslə "Brexit" tərəfdarları qələbə qazanıb. Yeni baş nazirin adı bu ilin oktyabrında açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə