Boko Haramdan qaçan 200 nəfər acından ölüb

Terror təşkilatı vaxtaşırı kəndlərə hücum edərək insanları qaçmağa məcbur edir
Boko Haramdan qaçan 200 nəfər acından ölüb

Keçən ay ərzində Nigeriyada Boko Haram silahlılarından qaçmağa çalışan təxminən 200 nəfər acından ölüb. Bu açıqlamanı tibbi xeyriyyə təşkilatı MSF verib.

"Təxminən 24 min qaçqının yaşadığı düşərgədə "faciəvi humanitar vəziyyət" mövcuddur. Bir çox sakinlər zədə alıb və beş uşaqdan biri qida pozğunluğundan əziyyət çəkir", - MSF bildirir.

İslamçı qruplaşmanın yeddi illik üsyanı 20 min insanın ölümü və iki milyondan çox insanın didərgin düşməsinə səbəb olub. Nigeriya hökumətinin qruplaşmaya qarşı keçirdiyi genişmiqyaslı hücumlara baxmayaraq, Boko Haram hələ də ölkənin şimal-şərqində kəndlərə basqın edir, evləri dağıdır və su quyularını məhv edir.

Bama şəhərindəki qaçqın düşmüş şəxsin bildirdiyinə görə, hər gün yeni məzarlar ortaya çıxır. Bəyanatda sakinlərə istinadən qeyd olunur ki, hər gün təxminən 30 nəfər acından və ya xəstəlikdən həlak olur.

Baxmayaraq ki, bölgə səyahət üçün təhlükəlidir, MSF-in komandalarından biri çərşənbə axşamı Bamaya çatıb. Onlar hərbi konvoyun müşayəti ilə ora gedə biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə