Baş nazir Devid Kemeron Britaniyanın Aİ-də qalmasının lehinə səs verənlərə təşəkkür edib
Britaniya Aİ-də qaldı

Baş nazir Devid Kemeron iyunun 23-də keçirilmiş referendumda Birləşmiş Krallığın Avropa İttifaqında qalmasının lehinə səs verən bütün britaniyalılara təşəkkür edib. Devid Kemeron özünün Twitter səhifəsində yazıb: "Avropada daha güclü, daha təhlükəsiz və daha zəngin olacaq Britaniya üçün səs verən hər kəs sağ olsun".

Qeyd edək ki, YouGov sosioloji şirkətinin Sky News telekanalı üçün apardığı sorğunun nəticələrinə əsasən, britaniyalıların 52 faizi ölkənin Avropa İttifaqında qalmasının lehinə, 48 faizi isə əleyhinə səs verib.

Ipsos Mori ictimai rəyin öyrənilməsi şirkətinin sorğusuna əsasən isə ölkə əhalisinin 54 faizi Britaniyanın Avropa İttifaqının üzvü kimi qalmasına "hə", 46 faizi "yox" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə