Şirkət il ərzində satdığı təyyarələrin sayını 900-ə çatdıracaq
"Boeing" korporasiyasına məxsus sərnişin təyyarələrinə tələbat artıb. Bu barədə korporasiyasının prezidenti Denis Mülenberq Fransanın "Le Figaro" qəzetinə müsahibəsində deyib.
"Sərnişin təyyarələrinə tələbat azalmayıb, əksinə artıb. Bizim proqnozlara əsasən, qarşıdakı 20 il ərzində sərnişindaşımada tələbatı ödəmək üçün əlavə 38 min təyyarəyə ehtiyac olacaq. Biz qarşıdakı 5 il ərzində illik satışlarımızı hazırkı 750 ədəd təyyarədən 900-ə çatdırmağı planlaşdırırıq", - deyə şirkət rəhbəri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB